AccessBank-ın KSM layihələrində aktiv iştirakı növbəti dəfə yüksək qiymətləndirildi
AccessBank-ın korporativ sosial məsuliyyət (KSM) layihələrində
aktiv iştirakı daha bir təşkilat tərəfindən yüksək qiymətləndirilib.
Belə ki, ölkənin ən iri biznes təşkilatı olan Azərbaycan Sahibkarlar
Konfederasiyası AccessBank-ı təşəkkürnamə ilə təltif edib. Təltifetmə mərasimi ASK
tərəfindən təşkil edilən "Dayanıqlı inkişaf məqsədləri və biznes mühiti"
mövzusunda keçirilən konfrans zamanı baş tutub.
Qeyd edək ki, AccessBank ölkədə ən çox KSM layihələri həyata keçirən şirkətlərdən
biridir. Cari ildə bankın KSM layihələri qadınların və uşaqların müdafiəsi, təhsil
və maliyyə savadlılığı kimi sahələri əhatə edib.
Həyata keçirdiyimiz layihələrə verilən qiymətə görə
AccessBank ASK-ya təşəkkür edir!
www.anews.az