Paytaxt.org APA-ya istinadən xəbər verir ki, bu barədə TƏBİB açıqlama verib, bildirib ki, yaralıların hər birinə ilkin zəruri tibbi xidmətlər göstərilib.
Bir nəfərin müalicəsi (qadın cinsli) Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir, Cərrahiyyə şöbəsində müalicə alan şəxsin (kişi cinsli) vəziyyəti stabil qiymətləndirilir.
Bir nəfərin (kişi cinsli) vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb.
Qeyd olunub ki, vəziyyəti ağır qiymətləndirilən 1976-cı il təvəllüdlü şəxsin (qadın cinsli) isə xəstəxanaya daxil olduqdan bir neçə dəqiqə sonra ölüm faktı qeydə alınıb.