Bakı. Trend:
Qarşıda Ukrayna və Azərbaycan Xarici İşlər Nazirlikləri arasındakonsulluq məsləhətləşmələrinin keçirilməsi nəzərdə tutulur.
Trend xəbərverir ki, bunu ölkəmizdə səfərdə olan Ukraynanın Xarici İşlərNazirliyinin Konsulluq Xidməti Departamentinin direktoru VladislavKanevski özünün sosial şəbəkə hesabında yazıb.
"Azərbaycan Respublikasına işgüzar səfərimə UkraynanınKonstitusiya Günü münasibətilə Ukraynanın Azərbaycandakı Səfirliyitərəfindən təşkil olunmuş tədbirlərdə iştirakla başladım.
Rusiyanın Ukraynaya qarşı apardığı genişmiqyaslı silahlı təcavüzvə işğalçılar tərəfindən törədilən saysız-hesabsız cinayətlərfonunda biz hamımız Ukrayna Konstitusiyasında əks olunmuşdəyərlərin əhəmiyyətini yenidən qiymətləndiririk. Əsas QanunUkrayna xalqının birliyinin nüvəsidir", - o qeyd edib.
Onun sözlərinə görə, bu gün dünyanın müxtəlif guşələrindəUkrayna diasporasının iştirakı ilə keçirilən Konstitusiya Günümünasibətilə təşkil olunmuş tədbirlər şübhəsiz ki, xaricdə yaşayanukraynalılarla Ukrayna dövləti arasında bağların möhkəmlənməsinə vəbirliyə xidmət edir:
"Bu təşəbbüsə görə Azərbaycandakı Ukrayna icmasına datəşəkkürümü bildirirəm!
Qarşıda Ukrayna və Azərbaycan Xarici İşlər Nazirlikləri arasındakonsulluq məsləhətləşmələrinin keçirilməsi nəzərdə tutulur. Ümidedirik ki, bu məsləhətləşmələr zamanı əldə olunacaq razılaşmalarxaricdə yaşayan həmvətənlərimizin konsulluq müdafiəsininsəviyyəsinin artırılmasına töhfə verəcək və Ukrayna ilə Azərbaycanarasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsi istiqamətindənövbəti addım olacaq".