AZ

Avropa çempionu olacağına söz vermişdi, vədinə əməl etdi (VİDEO)

Bakı. Trend:

Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən yeniyetmələrarasında Avropa çempionatının ilk günündə Azərbaycan cüdoçusu RəsulƏlizadə parlaq qələbə ilə yadda qalıb. -55 kq çəki dərəcəsindəçıxış edən gənc idmançımız bütün görüşlərdə inamla çıxış edərəkAvropa çempionu adına layiq görülüb.

Trend xəbərverir ki, Azərbaycan Cüdo Federasiyası güləşçinin uşaq yaşlarındaçəkilən görüntülərini yayıb.

Bildirilib ki, Rəsul Əlizadənin bu uğuru yalnız idman nəticəsideyil, həm də illər öncə verdiyi vədin gerçəkləşməsidir.

“Sosial şəbəkələrdə yayılan görüntülərdə o, uşaq yaşlarındaməşqçisinə Avropa çempionu olacağına söz verdiyini bildirir.Yeniyetmə cüdoçumuz bu vədinə sadiq qalaraq tatamidə göstərdiyiəzmkar mübarizə ilə həmin hədəfə çatıb”, - məlumatda qeydedilib.

Seçilən
27
1
az.trend.az

2Mənbələr