AZ

"3 nəfərin ürəyi eyni vaxtda tutdu?" - Bəhanə olunan qətl və OMON-un cinayəti

Rusiyanın Yekatrinburq şəhərində 50 nəfərdən çox azərbaycanlı saxlanılıb, 3 nəfər isə ğldürülüb.

Xüsusi təyinatlıların keçirdiyi əməliyyatın 2001-ci ildə törədilən qətllə bağlı olduğu iddia edilir. Həmin iddiaya görə, 2001-ci ilin mayında Yekaterinburqdan olan azərbaycanlı Yunis Paşayev Bluxerdə kafenin yaxınlığında izdiham tərəfindən bıçaqlanaraq öldürülüb. Onlar onu mətbəx bıçaqları ilə bıçaqlayıblar. Səfərov qardaşları şübhəli bilinsə də, o zaman onlar məsuliyyətə cəlb edilməyiblər, lakin ölən Yunis onların adını çəkə bilib.

Bu məlumatı "e1.ru Ekatrinburq Onlayn" portalı tirajlayır.

Portala məlumat verən hüquq-mühafizə orqanları iddia edirlər ki, əsas şübhəlilər olan “Caspian” kafesinin sahibləri Səfərov qardaşları polisin əməliyyatı zamanı ürəktutma olub və onlar xəstəxanaya aparılıblar. Lakin onları xilas etmək mümkün olmayıb.

Eyni zamanda hüquq-mühafizə orqanları iddia edir ki, “Kaspiy” restoranı qalmaqallı reputasiyaya malik idi.

Redaksiyadan:

Elə əsas məsələ də burada üzə çıxır. Birincisi, bir qətlə görə, 3 adamın öldürülməsi hansı məntiqə sığır?

 İkincisi, nə oldu o qardaşların eyni vaxtda və birdən-birə ürəyi tutdu?

 Üçüncüsü, nə üçün heç olmasa birini xilas etmək mümkün olmadı?

 Dördüncüsü, 24 ildən sonra həyata keçirilən bu əməliyyatın detalları necədir?

Tirajlanan məlumatda bu sualların açıq qalması göstərir ki, basqın qətliam formasında həyata keçirilib. Detallı bilgi verilməməsi də onu sübut edir ki, burada diskriminasiya, ayrı-seçkilik və insan hüquq və azadlıqlarına böyük bir sui-qəsd olub.

24 il əvvəlki qəsdi bəhanə edərək, azərbaycanlılara qarşı bir əməliyyat keçirilib və bu əməliyyat özlüyündə diskriminasiya, ayrı-seçkilik üzrəində qurulub.

"Cebheinfo.az"

Seçilən
4
cebheinfo.az

1Mənbələr