AZ

Almaniya kansleri bu əməlinə görə nasizmdə ittiham olundu

"Mən Pistoriusu və ya Mertsi faşizmdə ittiham etmək fikrindən uzağam. Amma onlar elə zəfər əhval-ruhiyyəsindədirlər ki, sanki cəzasızlıqdan "çirkli iş" cinayət ifadəsindən istifadə edə biləcəklərini düşünürlər".

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Sollar Partiyasından olan keçmiş Bundestaq deputatı və hökumət başçısına qarşı iddianın müəlliflərindən biri Diter Dem bildirib.

Sabiq deputatın sözlərinə görə, Almaniya kansleri Fridrix Merts bu cür sözlərlə həm də Bundestaqda “sağ və sol”a bölünmüş müxalifətin imkansızlığı fonunda Almaniya hakimiyyətinin təkəbbürünü göstərir. O əlavə edib ki, indi alman mediası Rusiya və ya Fələstinə rəğbət bəsləyən hər kəsin ən zərərsiz sözlərini belə günah bilir, eyni zamanda hakim elitanın eyni hərəkətlərinə məhəl qoyulmur.

Qeyd edək ki, Fridrix Merts bir müddət əvvəl İsraili İrana zərbələrdən sonra "çirkli işləri gördüyü" üçün tərifləyib. Kansler əlavə edib ki, İsrail rəhbərliyinə hörmət edir.

Seçilən
52
21
publika.az

10Mənbələr