AZ

İsmayıllıda alban tayfalarına aid qəbiristanlıqlar, ibadətgah qalıqları və məişətə dair materiallar aşkarlanıb (FOTO)

Bakı. Trend:

Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiyaİnstitutunun təşkilatçılığı ilə İsmayıllı rayonunda qədim albantayfalarının izləri sənədləşdirilir. Tarix elmləri doktoru,professor Məhəbbət Paşayevanın rəhbərliyi ilə həyata keçirilənantropoloji ekspedisiya qədim alban tayfalarının tarixi-mədəniizlərinin araşdırılması baxımından mühüm nəticələr verib.

İnstitutdan Trend-ə verilən məlumata görə, tədqiqatlar nəticəsindəQafqaz Albaniyasının etnik, dini və mədəni mirasına dair yeniməlumatlar əldə olunub, bu sahədə elmi ictimaiyyət üçün xüsusiəhəmiyyət kəsb edən faktlar qeydə alınıb.

Ekspedisiya çərçivəsində rayonun Qalağah, Vəng, Hapıt, Gənzə,Tubukənd, Qalacıq, Qoşakənd, Mollaisaklı, Hacıhətəmli və Basqalkimi kəndlərində aparılan tədqiqatlar nəticəsində alban tayfalarınaaid qəbiristanlıqlar, xaçdaşlar, ibadətgah qalıqları və məişətədair materiallar aşkar olunub.

“Tədqiqatlar göstərir ki, İsmayıllı ərazisi alban tayfalarınınsıx məskunlaşdığı və uzunmüddətli mədəni iz qoyduğu bölgədir. Aşkaredilən mədəni irs nümunələri, yerli əhalinin şifahi ənənələrindəqorunan inanc sistemləri, toponimlər və mərasim adətləri bu qənaətitəsdiqləyir. Xüsusilə Qalagah, Vəng, Qoşakənd, Gənzə kimi qədimkəndlərdə qeydə alınan alban xristian simvolları, pir yerləri vəmemarlıq qalıqları Qafqaz Albaniyasının dini və etnik irsinə dairyeni bilgilər təqdim edir.

Qalacıq və ətraf kəndlərdə müşahidə edilən hapıt qəbirləri vəerkən dövr ibadətgahlarının izləri və toponimlər bölgədə unikaletnik-mədəni təbəqələşməni göstərir. Alınan nəticələrə əsasən,alban tayfalarının etnogenetik izləri bu gün də bölgənin dialekt,etnoqrafik ənənə və mifoloji yaddaşında yaşamaqdadır”, - deyəməlumatda vurğulanıb.

Elmi ekspedisyanın rəhbəri, professor Məhəbbət Paşayeva bildiribki, hazırda toplanmış materialların sistemləşdirilməsi və təhlilimərhələsi davam edir. Tədqiqatların nəticələri yaxın zamanda elmiməqalələr şəklində ictimaiyyətə təqdim olunacaq.

Qeyd edilib ki, bu ekspedisiya yalnız elmi deyil, həm dəmilli-mədəni irsin qorunması və tanıdılması baxımından mühüm addımhesab olunur. Qafqaz Albaniyasının az tədqiq olunmuş antropolojixəritəsinə İsmayıllı rayonu kontekstində yeni bir baxış təqdim edənbu araşdırma həm yerli tarix, həm də ümumqafqaz etnogenetik prosesiüçün dəyərli töhfədir.

İsmayıllıda
İsmayıllıda
İsmayıllıda
İsmayıllıda
Seçilən
6
4
az.trend.az

5Mənbələr