Şabranda ölümlə nəticələnən zəncirvari qəza olub.
"Unikal"ın Şimal bürosunun məlumatına görə, Bakı-Quba avtomobil yolunun Şabran rayonu Günəşli kəndi ərazisindən keçən hissəsində ölümlə nəticələnən zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Belə ki, "VAZ-Niva", "KamAz" və "Mercedes-Atego" markalı avtomobillər toqquşub.
Qəza nəticəsində 1 nəfər ölüb, digər sərnişinlər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı araşdırma aparılır.
Asiman Qaraca