AZ

Azərbaycan, Serbiya və Türkiyə arasında audiovizual media sahəsində üçtərəfli təcrübə mübadiləsi proqramının ilk mərhələsi keçirilib

Bakı. Trend:

Azərbaycan Respublikası Audiovizual Şurası, SerbiyaRespublikasının Elektronik Media üzrə Tənzimləyici Qurumu (REM) vəTürkiyə Respublikasının Radio və Televiziya Üst Qurumu (RTÜK)arasında üçtərəfli əməkdaşlıq çərçivəsində ilk təcrübə mübadiləsiproqramı həyata keçirilib.

Trend xəbər verir ki, 2025-ciil 23–27 iyun tarixlərində Serbiyanın paytaxtı Belqrad şəhərindəreallaşdırılan proqramın əsas məqsədi audiovizual medianıntənzimlənməsi sahəsində əməkdaşlığın dərinləşdirilməsi, qabaqcıltəcrübələrin paylaşılması və qarşılıqlı öyrənmə mühitinin təşviqolunması olub.

Təcrübə proqramı çərçivəsində iştirakçılar audiovizual medianınmonitorinqi, məzmunun təhlili, müvafiq qanunvericilik və hüquqimexanizmlər, tənzimləyici prinsiplər və media siyasəti sahəsindəfikir və təcrübə mübadiləsi aparmışlar. Azərbaycan və Türkiyədənolan nümayəndələr REM-in gündəlik fəaliyyəti ilə yanaşı, Serbiyanınbir neçə televiziya və radio kanallarının, ictimai yayımçının işprosesi və Milli Teleqüllə kompleksi ilə yaxından tanışolublar.

Bu təcrübə proqramı üçtərəfli əməkdaşlığın və üçtərəfli təcrübəmübadiləsi proqramının ilk mərhələsini təşkil edir. Tərəflərqarşıdakı dövrdə analoji təcrübə mübadilələrinin davametdirilməsini planlaşdırırlar.

Məqalədə:
Seçilən
11
13
az.trend.az

10Mənbələr