Rusiyada OMON-çuların hücumu zamanı Səfərovlar ailəsinin daha bir üzvü saxlanıldı
Rusiyanın Yekaterinburq şəhərində OMON-çuların hücumu zamanı Səfərovlar ailəsinin daha bir üzvü saxlanılıb.
Bu barədə Oxu.Az-a açıqlamasında saxlanılan Ayaz Səfərovun oğlu Ramil Səfərov deyib.
O bildirib ki, saxlanılan şəxslərin sayı 5 nəfərə çatıb:
"Hadisə zamanı böyük əmim Akif Səfərov da saxlanılıb. Hazırda atam və əmilərimlə bərabər ona da polis bölməsində işgəncə verirlər. Ziyəddin və Hüseyn əmimi öldürüblər, atam Ayaz Səfərov, əmilərim Akif və Bakir Səfərovlar isə işgəncə altında saxlanılırlar. İndi aldığımız məlumata görə iki əmim - Məzahir və Kamal Səfərovlar dəhşətli işgəncələrdən sonra xəstəxanaya yerləşdirilib.