Bu gün Yeqor Xvalko ilə vidalaşan "Kəpəz" klubunda daha 3 ayrılıq yaşanıb.

Offsideplus.az xəbər verir ki, klub Trent Buhagiar, Rati Ardazişvili və Kərim Lkoça ilə vidalaşıb. Hər 3 legionerin başa çatan müqaviləsi yenilənməyib.

Yarımmüdafiəçi mövqeyində oynayan bu futbolçulardan gürcüstanlı olan Rati Ardazişvili cari mövsümdə 18 çempionat oyununda meydanda çıxıb. Maltalı Buhagiar 12 matçda forma geyinib. Mərakeş əsilli ispaniyalı Lkoça isə 33 görüşdə 1 qolla yadda qalıb.