AZ

Rusiyada daha bir təyyarə qəzası: ölənlər var

Rusiyanın Moskva vilayətində yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb.

Turkustan.az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

“Yak-52 təyyarəsi Moskva vilayətinin Kolomna şəhəri yaxınlığında qəzaya uğrayıb. İlkin məlumata görə, 4 nəfər həlak olub”, – məlumatda bildirilib.

Qeyd edək ki, daha əvvəl Rusiyanın Primorski diyarında Novonejino aerodromunda yüngül mühərrikli təyyarənin qəzaya uğraması ilə bağlı məlumat yayılıb./konkret.az/

Seçilən
20
5
turkustan.az

10Mənbələr