
Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı hücumlarla bağlı bəyanat yayıb.XİN-dən daxil olan sənəddə iyunun 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqını nəticəsində həmvətənlərin həlak olması və bəzilərinin ağır bədən xəsarətləri nəticəsində yaralanması, habelə 9 nəfərin saxlanması ilə bağlı dərin narahatlıq ifadə olunub."Rusiyanın məsələ ilə bağlı təxirəsalınmaz araşdırılma aparmasını və bu qəbuledilməz zorakılığı törədənlərin qısa müddət ərzində məsuliyyətə cəlb edilməsini gözləyirik", - bəyanatda vurğulanıb.Ulusum.az
Diqqət Çəkənlər
Ermənistanda siyasi qarşıdurma dərinləşir: Baş müxalif arxiyepiskop həbs olunub
“Şahdağ Quba”nın sabiq prezidenti Türkiyədə ölü tapıldı - VİDEO
"Əsrin Toyu": Bezosla Sançesin 50 milyon dollarlıq Venedik məclisi etirazlara səbəb oldu