AZ

Şəhla Vəliyeva faciəli şəkildə dünyasını dəyişdi 

Masallıda avtomobil qəzasında bir nəfər ölüb, üç nəfər xəsarət alıb.



Hadisə Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.




Belə ki, Masallının Ərkivan qəsəbəsinin sakini, 1990-cı il təvəllüdlü Şədulla Taleh oğlu Vəliyevin idarə etdiyi "KİA Optima" markalı minik avtomobili "KamAZ" markalı yük maşını ilə toqquşub.




Nəticədə minik avtomobilinin sürücü və sərnişinləri - Ərkivan qəsəbəsinin sakinləri, 1966-cı il təvəllüdlü Sevda Abas qızı Hüseynova, 1976-cı il təvəllüdlü Aslan Allahverdi oğlu Hüseynov və 1975-ci il təvəllüdlü Şəhla Abas qızı Vəliyeva müxtəlif dərəcəli bədən xəsarətləri ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Həkimlərin səylərinə baxmayaraq, Şəhla Vəliyevanın həyatını xilas etmək mümkün olmayıb.



Faktla bağlı araşdırma aparılır.(report)

Seçilən
7
referans.az

1Mənbələr