Fransada sifarişli qətllər üçün "UberKills" adlı mobil tətbiq yaradılıb. Xidmət gənclər arasında geniş populyarlıq qazanıb. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Le Monde" qəzeti məlumat yayıb. Bildirilir ki, sözügedən tətbiq vasitəsilə uzaqdan (sifarişlə) qətlləri əsasən əvvəllər narkotik satışı ilə məşğul olan yetkinlik yaşına çatmayan şəxslər həyata keçirirlər. Bu gənclər "Telegram" mesenceri vasitəsilə formalaşdırılır, əlaqələndiricilər isə onlara silah və qətl hədəfləri barədə məlumat təmin edirlər. İcraçılara verilən ödənişlərin məbləği bir neçə min avroya qədər yüksəlir. Qəzet, həmçinin qeyd edir ki, Fransada qətllərlə bağlı şübhəli bilinən yeniyetmələrin sayı hər il artır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta