Göyçay rayonunun Hacalıkənd kəndində "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı maneəyə çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.
"Unikal" xəbər verir ki, yanğın nəticəsində avtomobilin mühərrik hissəsi və idarəetmə lövhəsi yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.