AZ

Yunan-Roma güləşi üzrə milli İtaliyada Avropa çempionu olub

İtaliyanın Kaorle şəhərində keçirilən U15 Avropa çempionatına yekun vurulub.

"Unikal" xəbər verir ki, qitə birinciliyində Azərbaycan millisi komanda hesabında Avropa çempionu olub.

1 qızıl, 2 gümüş və 3 bürünc medal qazanan yunan-Roma güləşi üzrə yığma 131 xalla birinci yeri tutub. Ermənistan (125) ikinci, Gürcüstan (99) isə üçüncü olub.

Qeyd edək ki, bu komanda 3-cü dəfə Avropa çempionu olur. Yunan-Roma güləşi üzrə milli 2022 və 2024-cü illərdə də eyni uğura imza atıb.

Seçilən
13
14
unikal.az

10Mənbələr