Avtosfer portalından verilən məlumata əsasən, ain.az bildirir.
Paytaxtın yolları arasında elələri var ki, illərlə bərbad vəziyyətdə qalır və bu, sürücülərlə yanaşı, piyadaların da narazılığına səbəb olur.
Həmin küçələrdən biri də Dadaş Bünyazadə küçəsidir.
Bir neçə ay əvvəl bu küçədə çəkiliş aparılıb, yolun bərbad vəziyyətdə olmasıyla bağlı. Uzun müddətdir ki, burada asfalt örtüyünün dəyişdirilməsi işlərinə başlanılsa da bu işlər hələ də bitmək bilmir.
Ərazidə bir aydan artıq müddətdir ki, köhnə asfalt təmizlənib. Lakin yeni asfalt örtüyü hələ də çəkilməyib. Havaların bəzən küləkli, bəzən də çox isti keçməsi vəziyyəti daha da dözülməz edir və ərazidə toz-duman yaranır.
Belə mənzərə eyni adlı iki küçədə - Dadaş Bünyazadə 1 və Dadaş Bünyazadə 2 küçələrində hökm sürür. Maraqlıdır, sadə asfalt işlərinin bu qədər uzanmasının səbəbi nədir?
Avtosfer.az Baku TV-yə istinadən təqdim etdiyi görüntülərdə görünür ki, küçədə həm piyadaların, həm də avtomobillərin hərəkəti çətinləşib. Bəzi hissələrdə yol o qədər çöküb ki, avtomobillər bu sahələrdən keçərkən zədələnə bilər.
Ərazidə yaşayan sakinlər və sürücülər aidiyyəti qurumlardan işlərin tez bir zamanda yekunlaşdırılmasını istəyirlər.
Onların sözlərinə görə, belə davam edərsə, bu yay aylarında küçədə toz-torpaqdan nəfəs almaq belə mümkünsüz olacaq.
Eltac
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.