AZ

Şabranda ağır qəzada yaralananların vəziyyəti bəlli oldu - Foto + Yenilənib

Şabranda ölümlə nəticələnən qəza baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Günəşli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “VAZ-Niva”, “KamAz” və “Mercedes-Atego” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində 3 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

***

Şabranda avtomobil qəzası zamanı yaralanan şəxslərin kimliyi məlum olub.

Yol qəzasında Ağakişiyev Əmrulla Mustafa oğlu, Cəbrayılov Elnur Natiq oğlu və Ağayev Samir Müşviq oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

***

“28 iyun 2025-ci il tarixində saat 16:00 radələrində Şabran rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 2 nəfər Şabran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub”.

Bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, 1995-ci il təvəllüdlü şəxsə (kişi cinsli) bud sümüklərinin sınığı, baldırın çoxsaylı sınıqları, 2001-ci il təvəllüdlü şəxsə (kişi cinsli) isə qarın boşluğunun küt travması, sağ gicgah nahiyyəsinin əzilməsi, çanaq nahiyyəsinin travması diaqnozları təyin edilib.

Hazırda hər iki şəxsin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Mübariz Muradov


Seçilən
7
1
qafqazinfo.az

2Mənbələr