AZ

Azərbaycanda gəlinliklərin baha olmasının səbəbi nədir?VİDEO

Kirayəsi baha, alışı isə dodaq uçuqladan gəlin libasları...

Xezerxeber.az xəbər verir ki, Bakıda 600-1000 manata kirayə verilən gəlinliklərin satış qiyməti isə 1500-2000 manatdan başlayır. Paytaxt sakinləri arasında apardığımız sorğudan belə məlum oldu ki, indi insanların əksəriyyəti gəlinliyi kirayələyir, almaq isə çoxlarının büdcəsi üçün uyğun deyil.

Sakinlərin sözlərinə görə, gəlinliklərin kirayəsi də ucuz deyil. Kirayə qiymətləri əksər yerlərdə 600-700 manatdan başlayır.

Bakıda 10 000 manata, hətta ondan daha yüksək qiymətə satılan gəlinliklərə də rast gəlmək olar deyən müsahibimiz bildirir ki, təzə gəlinliklər baha olur, geyinildikcə qiymət düşür. 

Satıcıların sözlərinə görə, son illər gəlinlər libası əsasən kirayələməyə üstünlük verirlər. Alışı isə nadir hallarda olur.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
17
xezerxeber.az

1Mənbələr