Daşdının külli miqdarda borcunun olduğu, heç cür vəziyyətdən çıxa bilmədiyi deyilir. “Football-plus.az” onunla birgə çalışmış İbrahim Uzuncanın fikrini öyrənib:
“Bir dəfə də intihar edəcəyi ilə bağlı paylaşım etmişdi. Bir il əvvəl də demişdi: “İntihar edəcəm, haqqınızı halal edin”. Biz də inanmamışdıq… İki il idi əlaqəmiz kəsilmişdi. Nömrəsini tapa bilmirdim. Bildiyim tək şey o idi ki, çox çalışırdı, əlindən gələn hər şeyi edirdi. Futbol klubu qurmaq asan iş deyil. Pulsuz olmur bu iş. Pul bitəndə heç nə etmək olmur. Çox çətindi. İlk vaxtlar hər şey yaxşı idi. Sonra maliyyə çətinlikləri başladı, klubda maaş problemləri yarandı. Ardından Türkiyəyə getdi. Bu xəbəri eşidəndə çox pis oldum. Ötən il də buna bənzər paylaşım etmişdi. Hətta hamı yazırdı ki, Xanbaba intihar edəcək. Mən də deyirdim ki, pul üçün belə şey etməzlər. Allahın verdiyi canı almaq olmaz. Bu çox böyük günahdı. Amma nə deyim...”.
MÜZƏFFƏR QULUZADƏ