AZ

Dünya çempionatı: İlk 1/4 finalçı bəlli oldu

BAKI, 28 iyun. TELEQRAF

ABŞ-də keçirilən klublararası dünya çempionatında 1/8 final mərhələsi start götürüb.

Teleqraf xəbər verir ki, ilk oyunda Braziliyanın “Palmeyras” və “Botafoqo” komandaları qarşılaşıb.

Gərgin idman mübarizəsi şəraitində keçən oyunda “Palmeyras” 1:0 hesabı ilə qələbə qazanıb.

Oyunun əsas vaxtda hesab açılmayıb. “Palmeyras” 100-cü dəqiqədə Paulinyonun qolu sayəsində 1/4 finala vəsiqə qazanıb. "Palmeyras"ın müdafiəçisi Qustavo Qomeş 116-cı dəqiqədə meydandan qovulub.

Seçilən
19
48
teleqraf.com

10Mənbələr