AZ

Portuqaliyalı futbolçular “Kəpəz”dən getdi – RƏSMİ

Portuqaliyalı futbolçular Dioqo Verdaşka, Rojerio Santos və Valdemar Almeydanın “Kəpəz” ilə müqaviləsi başa çatıb.

İdmanxeber.az-ın məlumatına görə, Gəncə klubu adıçəkilən oyunçularla sözləşmə uzamayıb.

“Pana” ləqəbli Almeyda çempionatda “Kəpəz” forması ilə keçirdiyi 29 oyunda 1 dəfə fərqlənib. Müdafiəçi olan Verdaşka 27, Santos isə 31 matçda komandanın şərəfini qoruyub.

“Kəpəz” xidmətlərinə görə bu oyunçulara təşəkkür edib və onlara gələcək karyerasında uğurlar arzulayıb.

Seçilən
9
1
idmanxeber.az

2Mənbələr