AZ

Fatimə Fətəliyevanın ikinci nəvəsi doğuldu

ain.az bildirir, Shownews portalına istinadən.

Rəqqasə Fatimə Fətəliyevanın ikinci nəvəsi dünyaya gəlib. 

Sənətçinin qızı Aydanın oğlu dünyaya gəlib. Onlar körpəyə Mikayıl adını qoyublar. 

 

Bu haqda paylaşım edən sənətçi bunları yazıb:

"Təbrik edirəm, Qızım Aydan və əzizim Əkbər. 

Mikayıl balamız dünyaya gəlib, xoş gəlib! Gözün, gözümüz aydın olsun! 

İnşallah, ailənizdə həmişə belə gözəl, sevincli, xeyirli günlər olsun.Mən inanıram ki, Əkbər gözəl ata, sən isə mükəmməl ana olaraq Mikayıl balamıza hər zaman ən yaxşı yol yoldaşı olacaqsınız.  Necə ki, Zəhra balamızı tərbiyəli, ağıllı, nümunəvi övlad kimi böyüdürsüz, eləcə də Mikayıl da ailənizin fəxri olacaq!".

Qeyd edək ki, Aydanın Zəhra adlı bir qız övladı da var. 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
icma.az

1Mənbələr