Bakı. Trend:
Moskvada keçirilən "Şahmat Ulduzları 5.0" beynəlxalq turnirindərapid mərhələsinə yekun vurulub.
Trend-inməlumatına görə, Azərbaycan təmsilçisi Teymur Rəcəbov 9 turda 5 xaltoplayaraq yekun sıralamada 5-ci yeri tutub.
Son üç turda Rəcəbov Valentinina Qunina, Raunak Sanhvani vəYifan Hu ilə heç-heçə oynayıb və hər oyundan yarım xal əldəedib.
Turnirin rapid mərhələsinin qalibi 7 xalla rusiyalı şahmatçıVladislav Artemyev olub.
Qeyd edək ki, yarış bu gün və sabah davam edəcək. Blitsmərhələsində ümumilikdə 18 tur keçiriləcək.