AZ

U-21 Avropa çempionatı başa çatıb

Bakı. Trend:

21 yaşadək futbolçular arasında keçirilən Avropa çempionatı başaçatıb.

Trend-inməlumatına görə, finalda İngiltərə və Almaniya yığmaları üz-üzəgəlib.

Oyunun əvvəlində üstünlüyü ələ alan İngiltərə millisi hesabda2:0 irəli keçsə də, Almaniya geri dönüş edərək hesabıbərabərləşdirib – 2:2. Əsas vaxt bu nəticə ilə başa çatıb. Əlavəvaxtda ingilislər həlledici qolu vuraraq 3:2 hesablı qələbə iləAvropa çempionu titulunu qoruyublar.

Bu, İngiltərənin U-21 Avropa çempionatlarında 4-cü qələbəsiolub. Müqayisə üçün, İspaniya və İtaliya bu turnirdə 5 dəfəçempionluq sevinci yaşayıblar.

Qeyd edək ki, İngiltərə U-21 millisi turnirin seçmə mərhələsindəAzərbaycanla eyni qrupda yer alıb və hər iki qarşılaşmada millimiziböyük hesabla məğlub edib – 5:1 və 7:0.

Seçilən
37
az.trend.az

1Mənbələr