AZ

Helikopter Detroyt sakinlərinin üzərinə dollar yağdırdı

BAKI, 29 iyun. TELEQRAF.

ABŞ-də helikopterdən Detroyt sakinlərinin üzərinə minlərlə dollar nağd pul atılıb.

Teleqraf xəbər verir ki, bu barədə “The Detroit News” məlumat yayıb.

Bu, yaxınlarda dünyasını dəyişən yerli avtoyuma şirkəti sahibinin son istəyi olub.

Şahidlərin sözlərinə görə, hüquq-mühafizə orqanları nəqliyyatın hərəkətini qısa müddətə bağlamalı olublar: insanlar maşınlarını düz yolun ortasında saxlayıb, yerə düşən əskinasları toplamağa çalışıblar.

Seçilən
20
teleqraf.com

1Mənbələr