Bakı. Trend:
ABŞ-nin NATO-dakı müttəfiqləri 2024-cü il ərzində təxminən 21milyard dollar dəyərində müxtəlif silah və hərbi texnikaalıblar.
Trend-inməlumatına görə, bu barədə ABŞ-nin NATO-dakı daimi nümayəndəsiMetyu Uitaker yazılı bəyanat yayıb.
Uitaker bildirib ki, ABŞ müdafiə sənayesi və silah istehsalısahəsindəki texnoloji üstünlüyü ilə müttəfiqlərini qabaqlayır. Onunsözlərinə görə, süni intellekt və digər qabaqcıl texnologiyalarlasilahlanmış Amerikan texnologiyalarına güvənmək, alyansınçəkindirmə qabiliyyətini artırmaq baxımından vacibdir.
Xatırladaq ki, iyunun 24–25-də Haaqada keçirilən NATO sammitininyekun sənədində təşkilatın üzv ölkələri müdafiə xərclərini ümumidaxili məhsulun (ÜDM) 5%-ə qədər artırmaq barədə razılığa gəliblər.Bu qərar, alyansın kollektiv müdafiə qabiliyyətini gücləndirməyəyönəlib.