AZ

Suriyada böyük miqdarda narkotik müsadirə edilib

Bakı. Trend:

Son iki gün ərzində Suriyanın Livanla sərhəd bölgələrindəkeçirilən xüsusi əməliyyatlar nəticəsində təxminən 3,5 milyonkaptaqon həbi, eləcə də çoxlu miqdarda həşiş və marixuana ələkeçirilib.

Trend xəbər verirki, Suriyanın SANA dövlət agentliyinə istinadla yayılan məlumatagörə, iyunun 27-də əl-Cəracir bölgəsində təxminən 3 milyon kaptaqonhəbi və 50 kiloqram həşiş, iyunun 28-də isə Nəbək bölgəsində 500min kaptaqon həbi, 500 həşiş bağlaması və 165 kiloqram marixuanamüsadirə edilib.

Suriya Daxili İşlər Nazirliyi bildirib ki, narkotik vasitələryük maşınında ölkəyə daxil olub və bu hadisələrlə bağlı iki nəfərsaxlanılıb.

Qeyd edək ki, kaptaqon amfetamin tərkibli güclü narkotikvasitədir və son illərdə Yaxın Şərqdə ən çox yayılmış sintetiknarkotiklərdən biri hesab olunur.

Seçilən
35
az.trend.az

1Mənbələr