BAKI, 29 iyun. TELEQRAF
Rusiya Ukraynanın Lvov vilayətinə pilotsuz döyüş aparatları və qanadlı raketlərlə hücum edib.
Teleqraf xəbər verir ki, Bu barədə Lvov Vilayət Hərbi Administrasiyasından (VHA) məlumat verilib.
Məlumata görə, zərbələrin əsas hədəfi vilayətin kritik infrastruktur obyektləri olub. Hadisə nəticəsində xəsarət alan və ya həlak olan olmayıb. Hazırda ərazidə aidiyyəti qurumlar fəaliyyət göstərir.
Poltava vilayətinin Kremençuk rayonunda da bir sənaye müəssisəsi hücuma məruz qalıb.Zərbə nəticəsində ərazidə yanğın baş verib və hazırda yanğınsöndürənlər hadisənin nəticələrinin aradan qaldırılması üzərində işləyirlər. Xəsarət alanlarla bağlı hələlik məlumat yoxdur.
Çerkası vilayətində də mülki infrastruktura ziyan dəyib. İlkin məlumata görə, üç nəfər xəsarət alıb.
Nikolayev vilayətində isə gecə saatlarında ballistik raketlər və bir neçə “Shahed 131/136” dronları ilə hücum həyata keçirlib. Nəticəsə infrastruktur obyektlərindən birində yanğın baş verib.