AZ

Tarixdə bu gün - 29 İyun

BAKI, TurkicWorld

ABŞ Konqresinin Senatı prezident Donald Trampın “vahid, böyük və gözəl” adlandırdığı xərclər və vergi qanun layihəsini qəbul edib.

TurkicWorld xəbər verir ki, bu barədə aparıcı media orqanları məlumat yayıb.

Məlumata görə, trilyon dollarlıq büdcə sənədi federal vergilərin azaldılmasını, Pentaqona və sərhəd təhlükəsizliyinə daha çox vəsait ayrılmasını nəzərdə tutur. Eyni zamanda sosial təminat proqramlarında, xüsusilə də aşağı gəlirli amerikalılar üçün nəzərdə tutulmuş “Medicaid” adlı səhiyyə proqramında ixtisarlar planlaşdırılır.

CNN-nin verdiyi məlumat görə, əsas prosedur səsverməsi başa çatdıqdan sonra respublikaçı liderlər sənədə qarşı yönəlmiş çoxsaylı iradları nəzərə almalı və dəyişikliklər etməlidirlər. Dəyişikliklərdən sonra qanun layihəsi yenidən Nümayəndələr Palatasına göndəriləcək. Qeyd edək ki, Palata bu sənədi hələ may ayında ilkin olaraq təsdiqləmişdi.

Seçilən
75
turkic.world

1Mənbələr