AZ

Finalı iki oyundan ibarət yeganə ölkə

Bosniya və Herseqovina futbol üzrə ölkə kubokunun finalında qalibi iki oyunda müəyyənləşdirən yeganə UEFA üzvü olacaq.

İdman.biz xəbər verir ki, bu barədə "Football Meets Data" məlumat paylaşıb.

Son iki ildə ölkə kubkunun finalı iki oyundan ibarət olan Xorvatiyada yenidən növbəti mövsümdən qalibi bir matçda müəyyənləşdirməyə qərar veriblər.

Bosniya və Herseqovina kubokunda son olaraq 2020/21-2022/23 mövsümlərində final bir oyundan ibarət olsa da, növbəti iki mövsümdə qalib iki qarşılaşmanın nəticəsinə görə bəlli olub.

Qeyd edək ki, 2024/25 mövsümündə Bosniya və Herseqovina kubokunu "Şiroki Briyeq"ə qalib gələn "Sarayevo" (4:0, 1:1) qazanıb.

İdman.biz

Məqalədə:
Seçilən
15
1
idman.biz

2Mənbələr