
Bakının Nəriman Nərimanov rayonu, "Baksol yolu" adlanan ərazidə kanalizasiya kollektoruna düşən 27 yaşlı Cümşüd Cümşüdlü "Sab Azərbaycan" şirkətinin əməkdaşı olub.Ulusum.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb:"Dərin hüznlə bildiririk ki, əməkdaşımız Cümşüd Cümşüdlü faciəli şəkildə vəfat edib. Onun vaxtsız itkisi bizi dərindən sarsıtdı. Hər zaman səmimiyyəti, məsuliyyəti və insanlığı ilə seçilən Cümşüd yaddaşımızda daim yaşayacaq. Ailəsinə, yaxınlarına və bütün kollektivimizə səbir və qüvvət diləyirik. Allah rəhmət eləsin, ruhu şad olsun".Qeyd edək ki, C.Cümşüdlü iyunun 26-da yol çökdüyü üçün kanalizasiya kollektoruna düşüb. Evin tək övladı olan gəncin cansız bədəni Hövsan ərazisində tapılıb.
Diqqət Çəkənlər
Yaponiyada yaxşı keyfiyyətli nəcis donorlarına pul ödənilir – Hər şey elm naminə
Kollagen tozu: Dərinizdən çox bağırsaqlarınıza faydalıdır?
Yekaterinburq olaylarına görə Rusiya təmsilçisi Bakı XİN-ində