Rusiyada hüquq mühafizə orqanlarının heç bir qanuni əsas olmadan azərbaycanlılara qarşı belə hərəkətlər törətməsi birinci dəfə deyil. Artıq ənənə halı alıb ki, əvvəlcə mətbuat vasitəsilə ölkəmizə qarşı qarayaxma kampaniyası başladılır, ardınca hüquq mühafizə orqanları qanunsuz əməllərini ortaya qoyir. Necə ola bilər ki, RF hüquq mühafizə orqanları 24 il əvvəl baş vermiş cinayət hadisəsinin "iştirakçılarını" aşkar edir, amma onların məsuluyyətə cəlb edilməsi üçün qanun çərçivəsində, sivil formada tədbir görmür? Hələ cinayətin hansı şəraitdə, kimlər tərəfindən törədilməsilə bağlı dəlil, sübut olmadığı halda "şübhəli" şəxslərin qətlə yetirilməsi hansı məntiqə sığır? Deməli, hadisənin kökündə siyasi motivlər, təzyiq elementləri durur. Cinayətkarlığa qarşı mübarizə adı altında anti-Azərbaycan fəaliyyəti Rusiyanın ənənəvi praktikasıdır. Hadisə ilə bağlı verilən açıqlama isə olduqca gülünc olmaqla yanaşı, Rusiyada idarəçiliyin sıfır səviyyədə olduğunun göstəricisidir. Təyyarəmiz vurulanda da heç bir fakta əsaslanmayan, heç bir məntiqə sığmayan bu tipli açıqlamanın verilməsini yaxşı xatırlayırıq.
Belə qanunsuz, təxribat xarakterli hadisələrdən biri də Yekaterinburda baş verdi. Qatil axtarışı adı altında 3 nəfər öldürüldü. İddialara görə, 24 il əvvəl törədilmiş qətllə bağlı aparılan axtarış zamanı ölənlərdən birinin ürəyi tutub və dərhal ölüb, digər 2 nəfər isə xəstəxanada ölüb. Özünə hörmət etməyən dövlət bu cür cılız açıqlama verirsə, deməli hər şey aydındı".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31