21 yaşadək futbolçular arasında keçirilən Avropa çempionatının ən yaxşı oyunçusu açıqlanıb.
Fanat.Az xəbər verir ki, bu ada İngiltərə yığmasının üzvü Harvi Elliott layiq görülüb.
O, finalda Almaniyaya 3:2 hesabı ilə qalib gəldikləri matçda komandasının ilk qolunu vurub.
"Liverpul"un vingeri ümumilikdə turnirdə meydana çıxdığı 6 görüşdə 5 dəfə rəqib qapılarına yol tapıb.