AZ

Britaniya limanında 100 milyon dəyərində kokain müsadirə edilib

Böyük Britaniyada səlahiyyətli qurumlar ölkənin limanlarından birində təxminən 100 milyon funt sterlinq (137,2 milyon dollar) dəyərində 2,4 ton kokain ələ keçirib.

“Sky News”-in  verdiyi məlumata görə, narkotik vasitə Panamadan gələn gəminin konteynerlərində gizlədilmiş formada Esseks qraflığının Terrok şəhərində yerləşən London Qeytvey limanında aşkar olunub.

Bu barədə açıqlama verən Böyük Britaniya Sərhəd Qüvvələrinin rəhbəri Çarli İsto bildirib: “Bu ələ keçirmə – bu miqyasda ən böyüklərdən biri – sərhəd qüvvələrinin cinayətkar dəstələrin təhlükəsinə qarşı daim bir addım öndə olmasının bariz nümunəsidir”.

Seçilən
14
2
azpost.info

3Mənbələr