Baku.ws portalından verilən məlumata əsasən, ain.az bildirir.
"Keçmişin kişiləri həm mülayim, həm də hökmlü idilər. Məsələn, iki cavanın problemi olanda hörmətli kişilər araya girib onları barışdırardılar. Keçmişdə qan düşməni olan iki kişi olub.
Bir gün onlardan birinin anası və bir neçə qız Nardaranda toya gedirmişlər. Bunu görən kişi düşməninin anasının getdiyi arabanın önünə düşüb onlarla kəndə gedir. Evə çatanda qadın ondan "oğlum, sən kimsən?", ‒ deyə soruşur. Kişi "korun düşməniyəm" cavabını verir. Bu zaman ana da "oğlumun qanını sənə halal edirəm"
Baku TV-də yayımlanan "O vaxtlar" verilişinin budəfəki qəhrəmanı Nardaran sakini Hacı Eldar Bünyadovdur.
Proqramda Hacı Eldar Bünyadov "Ovaxtkı kişilər hansı xasiyyətləri ilə indikilərdən fərqlənirlər?" sualını belə cavablandırıb:
Nardaran sakini həmçinin xəbəri olmadan evləndirilməyindən də bəhs edib:
"Mən xanımımı görmədən evlənmişəm. Əsgərlikdən təzə gəlmişdim, işləyirdim. Novruz bayramı ərəfəsində birdən mənə qız almağa getdilər. Səhər oyananda qonşu kişi məni buna görə təbrik edəndə təəccübləndim. Böyük qardaşım üçün də ondan xəbərsiz qız almışdılar. Valideynlərim kimi məsləhət görübsə, onlarla evlənmişik".
Daha ətraflı süjetdə:
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.