AZ

“Karvan” Müşviq Teymurovla da vidalaşdı

2025/2026-cı illər mövsümündə Azərbaycan Premyer Liqasında mübarizə aparacaq “Karvan” daha bir futbolçusu ilə yollarını ayırıb.

Arena.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, müdafiəçi Müşviq Teymurovla bağlanmış müqavilənin müddəti bitib.

Yevlax futbol məktəbinin yetirməsi olan Teymurov son iki mövsümdə bu komandanın heyətində 45 oyuna çıxıb. O, bu komandanın kapitanlarından olub.

Xatırladaq ki, “Karvan” bu yay Emil Qasımov, Ezekiel Morqan, Bəhruz Teymurov, İzzət Müştaqov və Elvin İsmayılovla da yollarını ayırmışdı.

Seçilən
34
29
arena.az

10Mənbələr