AZ

"Araz-Naxçıvan!"ın rəqibi Niderlanda gedir

BAKI. 29 iyun. TELEQRAF

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Araz-Naxçıvan"la qarşılaşacaq Yunanıstanın "Aris" komandası iyulun 1-də Niderlanda təlim-məşq toplanışına yollanacaq.

Teleqraf Saloniki klubunun rəsmi saytına istinadən xəbər verir ki, hazırlığın əsas mərhələsi Rotterdam şəhərindəki "Schiedam" İdman Mərkəzində iyulun 11-dək davam edəcək. Bu müddətdə Niderlandda 2, Belçikada 1 yoldaşlıq görüşü nəzərdə tutulub.

İyulun 3-də Şotlandiya "Livinqston"u ilə "Zvaluven" stadionunda nəzərdə tutulan qarşılaşma Bakı vaxı ilə saat 17:00-da, iyulun 5-də Belçikada "Anderlext"lə matç saat 18:00-da, iyulun 9-da "Vissel Sportpark"da AZ ilə oyun isə saat 20-da başlanacaq.

"Anderlext" və AZ-yə qarşı görüşlər boş tribunalar önündə gerçəkləşəcək.

Qeyd edək ki, "Araz-Naxçıvan" "Aris"lə ilk oyununu iyulun 24-də evdə, cavab görüşünü iyulun 31-də səfərdə keçirəcək.

Seçilən
23
teleqraf.com

1Mənbələr