"İranda icazəsiz dron uçuşu qadağan edildi".
Yenisabah.az bu barədə "Azad İran" "Telegram" kanalına istinadla xəbər verir.
Məlumata görə, bu gün İran parlamentinin təsdiqi ilə ölkədə mühafizə statuslu hərbi, hüquq-mühafizə və təhlükəsizlik əraziləri üzərində mülki pilotsuz uçuş aparatlarının icazəsiz uçuşu qadağan edilib. Pepperoni pizza
Bildirilir ki, dronlardan istifadə yalnız məkan məlumatlarını əldə etmək və çıxarmaq, o cümlədən xəritəçəkmə kimi statistik proqramlar əsasında mümkündür.
Telegram kanalımız