AZ

Rusiyanın “əl işi”... Foto

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Rusiyanın Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları tərəfindən saxlanılan azərbaycanlıların məhkəmə prosesi keçirilir.

“Qafqazinfo”nun məlumatına görə, məhkəməyə gətirilən və barəsində həbs-qətimkan tədbiri seçilən Məzahir Səfərov şiddətli döyüldüyünü bildirib.

İşgəncə izləri Səfərovun üzündə açıq-aydın görünür.

Qeyd edək ki, iyunun 27-də səhər saatlarında azərbaycanlıların yaşadığı 10-dan çox mənzildə keçirilən xüsusi əməliyyat zamanı bir neçə nəfər saxlanılıb. Saxlanılanlar arasında Ağdamdan olan Səfərovlar ailəsinin üzvləri də var. Əməliyyat zamanı iki qardaş – Ziyəddin və Hüseyn Səfərovlar öldürülüb, bir neçə nəfər isə xəstəxanaya yerləşdirilib.

Onlar saxlanılan zaman vəhşicəsinə döyüldüyünü, elektrik cərəyanına verildiyini bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
2
qafqazinfo.az

3Mənbələr