AZ

Deputat: Azərbaycana qarşı qərəzli siyasət aparılır, təzyiqlər artır

LƏNKƏRAN, 29 iyun. TELEQRAF

“Azərbaycana qarşı qərəzli bir siyasət aparılır. Burada həm bizim Qarabağdakı uğurlarımız, həm də xarici siyasətdəki nailiyyətlərimiz bir çox ölkələrlə yanaşı, Rusiyanı da narahat edir və bizə qarşı təzyiqlər artırılır”.

Bu sözləri Milli Məclisin deputatı Fariz İsmayılzadə Teleqraf-ın cənub bürosuna bildirib.

Deputatın sözlərinə görə, Rusiyanın qərəzli münasibəti Azərbaycanın mülki təyyarəsinin vurulmasında, eyni zamanda bir sıra media orqanlarına qarşı həyata keçirilən kiber hücumlarda da açıq-aşkar görünür:

“Biz bu siyasəti qətiyyən qəbul etmirik. Azərbaycan öz xarici siyasətində bərabərhüquqlu, qarşılıqlı hörmətə əsaslanan münasibətlərin tərəfdarıdır. Əgər bu cür hadisələr davam edərsə, təbii ki, bu, bizim qarşılıqlı münasibətlərimizə təsir edəcək. Eyni zamanda, azərbaycanlı deputatın Rusiyaya buraxılmaması da bu siyasətin bir hissəsidir”, – Fariz İsmayılzadə vurğulayıb.

Seçilən
38
teleqraf.com

1Mənbələr