Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən "Kəpəz" iki futbolçu ilə müqaviləni yeniləyib.
"Football-plus.az" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Mahamadu Ba və Paçu Lira ilə iki illik anlaşma imzalanıb.
Hücumçu mövqeyində oynayan Paçu son çempionatda 27 oyun keçirərək 4 qol vurub, eyni sayda assist edib. Ampluaca yarımmüdafiəçi olan Ba isə 25 matçda meydana çıxıb. Malili oyunçu azarkeşləri 3 qolla sevindirib.
Qeyd edək ki, hələlik transfer etməyən "Kəpəz"Trent Buhagiar, Rati Ardazişvili, Kərim Lkoça, Yeqor Xvalko,Dioqo Verdaşka, Rojerio Santos, Valdemar Almeyda ilə yolları ayırıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta