“Sabah” bu gün Avstriyadakı yay toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxıb.
Rekord.az xəbər verir ki, Azərbaycan kubokunun qalibi Sloveniyada Rumıniyanın “Rapid” klubu ilə qarşılaşıb.
Oyun 2:2 hesablı heç-heçə ilə başa çatıb. Bu, komandanın yeni baş məşqçisi Valdas Dambrauskasın "Sabah"da ilk oyunu olub.
Masazır təmsilçisinin heyətində Coy-Lens Mikels və Xəyal Əliyev vurub.
"Sabah" 2-ci yoxlama matçını iyulun 3-də Macarıstanın “Paksi” klubuna qarşı keçirəcək.
Yoxlama oyunu
29 iyun
“Sabah” (Azərbaycan) – “Rapid” (Buxarest, Rumıniya) 2:2