Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən “Kəpəz” iki futbolçu ilə müqaviləni yeniləyib.
90deqiqe.Az-ın məlumatına görə, ötən mövsümdən Gəncə təmsilçisində çıxış edən Mahamadu Ba və Paçu Lira ilə ikiillik anlaşma imzalanıb.
Hücumçu mövqeyində oynayan Paçu son çempionatda 27 oyun keçirərək 4 qol vurub, eyni sayda assist edib. Ampluaca yarımmüdafiəçi olan Ba isə 25 matçda meydana çıxıb. Malili oyunçu azarkeşləri 3 qolla sevindirib.