Ajans.az Teleqraf-a istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 2006-cı il təvəllüdlü Elvin Verdiyev və 2005-ci il təvəllüdlü Kənan Sofuyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hər iki şəxs xəstəxanaya yerləşdirilib. Onların vəziyyətləri orta-ağırdır. Faktla bağlı araşdırma başlanılıb.