AZ

Füzulidə gənc oğlan kanalda batıb - VİDEO

Füzuli rayonu, Kərimbəyli kəndində 1 nəfər vətəndaşın suvarma kanalında batması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub və Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, hazırda dalğıc-xilasedicilər tərəfindən batdığı ehtimal olunan 2009-cu il təvəllüdlü Nağızadə Nihad Vüqar oğlunun axtarışları davam etdirilir.

Seçilən
36
30
aznews.az

10Mənbələr