AZ

Türkiyədə 4 kənd və 2 məhəllə boşaldılıb

“Əməkdaşlarımız hazır vəziyyətdədir. Orada yaşayış məntəqələri var, onlarla da əlaqə saxlanılır. Hal-hazırda 4 kənd və 2 məhəllə boşaldılıb”.

İki sahil” İHA-ya istinadla xəbər verir ki, bunu Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı İzmirin Menderes rayonundakı yanğınla məlumat verərkən deyib.

Nazir qeyd edib ki, boşaldılması lazım olan yaşayış məntəqələri olarsa heç bir riskə girməyəcəklər: “Əlavə olaraq boşaldılması lazım olan yaşayış məntəqələri olarsa, AFAD burada fəaliyyət göstərir, digər təhlükəsizlik və jandarma qüvvələri ilə birlikdə koordinasiyalı şəkildə həmin yerləri də boşaldacağıq. Hazırda buna ehtiyac duymuruq”.

Qeyd edək ki, İzmirin Menderes və Seferihisar rayonları arasında bu gün günorta saatlarında başlayan meşə yanğınlarına müdaxilə davam edir.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
19
18
ikisahil.az

10Mənbələr