AZ

Türkiyə klubu "Zirə"nin hücumçusunun transferindən niyə əlini üzdü?

"Konyaspor" "Zirə"nin futbolçusu Salifu Sumanın transferindən vaz keçib.

Sportinfo.az xəbər verir ki, bu barədə "yaşıl-ağlar"ın futbol şöbəsinin rəhbəri Yusuf Küçükbakırcı açıqlama verib.

O, 22 yaşlı qvineyalı hücumçu ilə ciddi maraqlandıqlarını, lakin klubuna daha yaxşı təkliflər gəldiyi üçün oyunçunun Rusiya və Ukrayna variantlarına üstünlük verdiyini bildirib (teleqraf).

Küçükbakırcı futbolçu ilə maddi məsələlərdə anlaşa bilmədikləri üçün transferin baş tutmadığını söyləyib:

"Suma ilə həqiqətən də ciddi maraqlanırdıq. 12+2 legioner limitinə də uyğun gəlirdi.

Gənc, istedadlı və perspektivli futbolçudur. Heyətimizə qatmaq üçün çox çalışdıq.

Lakin klubuna digər təkliflər də gəldiyindən, üstünlüyü Rusiya və Ukraynaya verməyi qərara aldı".

Salifu Suma "Zirə"yə 2023-cü ilin avqustunda Fransanı "Havr" klubundan keçib. O, "qartallar"ın heyətində 82 oyuna 18 qol və 11 məhsuldar ötürmə müəllifi olub.

Seçilən
26
50
sportinfo.az

10Mənbələr