AZ

İbrahim Kalın HƏMAS-ın nümayəndə heyəti ilə görüşüb

Türkiyə kəşfiyyatının (MİT) rəhbəri İbrahim Kalın HƏMAS-ın nümayəndə heyəti ilə görüşüb.
APA Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüşün əsas mövzusu Qəzzada baş verən humanitar faciə olub.
Görüşdə Türkiyənin Qəzzada baş verən humanitar faciə və dağıntılara son qoyulması və təcili yardımların keçidinin təmin edilməsi üçün beynəlxalq ictimaiyyətlə birgə səylərinə toxunulub, bu kritik dövrdə fələstinli qruplar arasında konsensusun əldə edilməsi məsələsi müzakirə edilib.

Tərəflər Qəzzada daimi atəşkəsə nail olmaq üçün atılacaq addımları da ətraflı müzakirə ediblər.
Seçilən
25
19
sherg.az

10Mənbələr